Tövsiyyə edirik

Layihə haqqında

2002-ci il aprelin 23- də Azərbaycanın paytaxtı Bakının tarixi hissəsində – “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şirvanşahlar Sarayının (XII-XIV əsrlər) yaxınlığında dünyada ilk və hələlik yeganə olan özəl Miniatür Kitab Muzeyinin açılışı oldu. Nə üçün məhz bu yerdə və həmin gün? Ümummilli lider Heydər Əliyevin şəxsi göstərişi ilə şəhər rəhbərliyi öz sərəncamı ilə muzeyin seçdiyi ərazini onun adına rəsmiləşdirdi.

Dünya ədəbiyyatının klassikləri Vilyam Şekspir və Migel Servantes eyni gündə - 23 aprel 1616-cı ildə vəfat etmişlər. UNESCO-nun qərarı ilə bu iki dahi şəxsiyyətin xatirəsini əbədiləşdirmək məqsədilə hər il aprelin

23-ü bütün dünyada Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir.

 Mənə tez-tez belə bir sual verirlər: “Miniatür kitablar kolleksiyasını toplamaq ideyası necə meydana gəldi?”

Tamamilə təsadüfən: 1982-ci ilin noyabrında Moskvada, Ümumittifaq Könüllü Kitabsevərlər cəmiyyətində mənə İ.Krılovun təmsillərinin tam külliyyatının kiçik formatlı faksimile nəşrini (1835) 23 rubla almağı təklif etdilər. O zamanlar üçün bu, çox bahalı “hədiyyə” idi, lakin mən nə olursa-olsun, bu kitabı almaq qərarına gəldim. Kassaya pulu ödəyib, anbara getdim və orada ilk dəfə mini-kitab gördüm. O gündən etibarən kolleksiyamın formalaşması başladı. Ötən 32 ilə yaxın müddətdə mən 7500-dən çox miniatür kitab toplamışam. Sovet standartlarına görə, mini-kitab formatı 100x100 mm, Avropa standartlarına görə, 76x58 mm.-dir.

Bu gün muzeydə, 145 kv. m-lik sahədəki 37 şüşə vitrində (açılış zamanı 25 vitrin vardı) dünyanın 71 ölkəsində nəşr edilmiş 5,800 miniatür kitab saxlanılır. "Toppan" nəşriyyatında (Tokio, Yaponiya) buraxılmış 4 mikrokitab ekspozisiyada ən nadir nüsxələr sayılır. Bu mikrokitablardan 1-i 0,75x0,75 mm formatda və 3-ü 2x2 mm formatda buraxılmışdır.

Tam mətn (PDF)

 
Populyar
 

Yeniliklər

 

Ünvan

Bakı, AZ1004,
İçəri Şəhər,
1-ci Zamkovskiy dön., 67

Tel.: (994 12) 492 94 64
Faks: (994 12) 493 19 02
Mob.: (994 50) 327 10 11

E-mail:office@minibooks.az

Əlaqə

Contact form submitted!
We will be in touch soon.