Tövsiyyə edirik

Xəbərlər

Miniatür Kitab Muzeyində «Argentina» kitabının təqdimatı keçirilmişdir

Fevralın 7-də Miniatür Kitab Muzeyində «Argentina» kitabının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, məsafə baxımından bir-birindən uzaqda yerləşən Argentina və Azərbaycan xalqlarının yaxınlaşmaları üçün daha çox iş görmək lazımdır. Diplomat demişdir ki, təqdimatı keçirilən kitab Argentinanın Azərbaycandakı səfirliyinin təşəbbüsü, eləcə də Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Respublika «Kitab» Cəmiyyəti idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahovanın böyük enerjisi və işgüzarlığı sayəsində ərsəyə gəlmişdir.

İngilis dilində çap olunmuş «Argentina» miniatür kitabı olçüsü 70x80 mm olmaqla 248 səhifədən ibarətdirş Burada 106 rəngli fotoşəkil yer almışdır. Kitabın forzasında Azərbaycan və Argentina xüsusi işarələnməklə dünya xəritəsi verilmişdir. Kitabın üzlüyü və möhkəm gümüşü cildi vardır. «İndiqo» mətbəəsində nəfis tərtibatla 100 nüsxə tirajla çap olunmuş nəşrin sponsoru «Halal-P» şirkətdir.

 
Populyar
 

Yeniliklər

 

Ünvan

Bakı, AZ1004,
İçəri Şəhər,
1-ci Zamkovskiy dön., 67

Tel.: (994 12) 492 94 64
Faks: (994 12) 493 19 02
Mob.: (994 50) 327 10 11

E-mail:office@minibooks.az

Əlaqə

Contact form submitted!
We will be in touch soon.