Image is not available
Image is not available
Image is not available
previous arrow
next arrow
Slider

01 oktyabr 2014-sü ildə müzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnesin Rekordlar Kitabına” daxil edildi..


Ana səhifə

Muzey ekspozisiyalarının yerləşmə sxemi və vitrinlərin məzmunu


 Zalın mərkəzində 1,2,3 saylı vitrinlər:

Vitrin 1 → Azərbaycanda nəşr edilən kitablar
Ana səhifə

Muzey ekspozisiyası ilə tanışlıq Azərbaycanda nəşr edilən kitablardan başlayır (1 saylı vitrin). Bu miniatür kitablar ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, dövlət xadimi Əziz Əliyevin səmərəli fəaliyyətini, müstəqil suveren Azərbaycanın mühüm tarixi hadisələrini əks etdirir. Elə burada da geniş şəkildə Azərbaycan ədəbiyyat, elm və incəsənətinin klassikləri təmsil edilib. Bunlar şairlər və yazıçılar, alimlər və ictimai xadimlər – Nizami, Füzuli, Nəsimi, Vaqif, Natəvan, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Şəhriyar, Səməd Vurğun, aşıq Ələsgər, Qasım bəy Zakir, Mirvari Dilbazi, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Mir Cəlal Paşayev, Zərifə Əliyeva, MirMəmməd Cavadzadə, Əhməd Mahmudov, Şafayət Mehdiyev, Əziz Əliyev, İlyas Əfəndiyev, Elmira Axundova, bəstəkarlar – Üzeyir Hacıbəyov, Qara Qarayev, Frəngiz Əlizadə, aktyor və rejissorlar – Bülbül, Hüseyn Seyidzadə və Şəmsi Bədəlbəyli, rəssamlar və musuqiçilər – Tahir Salahov, Rauf Abdullayev, Vaqif Mustafazadə, Fərhad Bədəlbəyli, Ramiz Quliyev, Hüseyn Əliyev və başqalarıdırlar. Həmçinin burada 2 cildli “Fidel Kastro – Kuba xalqının lideridir” avtoqrafı ilə, “Çe Qevaranın Fidel Kastroya vida məktubu”, Rusiya prezidentləri V.V.Putin və D.A.Medvedyevin, Türkiyə prezidenti Abdullah Gülün, Belorusiya prezidenti A.Q.Lukaşenkonun (avtoqrafı ilə) və İsveçrə prezidenti Mişlin Kalmi Reyin (avtoqrafı ilə) rəsmi səfərlərini əks etdirən mini kitablar; ADR-in 100 illiyi və 1906-1917 illərdə Rusiya Dövlət Dumasındakı azərbaycanlı deputatlara  həsr olunmuş mini kitablar; görkəmli azərbaycanlılar – Fərman Salmanov və İqor Aşurbeylinin fəaliyyəti haqqında mini kitablar; rus yazıçıları, şairləri və alimləri – M.Qorki, S.Yesenin, R.Kazakova, A.Sofronov, N.Petryanov-Sokolov; “Bakı-2015” I Avropa Oyunlarına həsr olunmuş “Azərbaycan  fəxr edir”  miniatür  kitabı; Kubanın milli qəhrəmanı Antonio Gererronun “Dostdan dosta” şerləri və başqaları nümaiş etdirilib.

Vitrin 2 → Mikrokitablar və nadir kitablar
Ana səhifə

2-ci vitrində nadir mikro kitablar nümayiş etdirilir. Muzey ziyarətçilərində Tokionun “Toppan” nəşriyyatının mikrokitabları xüsusi maraq oyadır: “İlin dörd fəslinin rəngləri” adlı  0,75×0,75 mm ölçülü 22 səhifədən ibarət ilin dörd fəslinə aid çiçəklərin illüstrasiyası olan kitab, həmin kitabda yapon, çin və roma simvollarından istifadə edilib; “Rənglərin əlifbası”, “Qiymətli daşların simvolikası” və “Zodiak işarələri” adlı 2×2 mm ölçülü 3 mikrokitab  ingilis dilindədir, hər biri 16 səhifədən ibarətdir, kitablardan biri illüstrasiyalıdır. Hər səhifədə 50-dən 100 qədər işarə var.

1964-cü ildə Münhendə, 3,5×3,5 mm formatı ilə 4 mikrokitab çap edilmişdir: “Olimpiya andı”, “Atamız”, “Sevirəm”, “Azadlıq zəngi”- birinci ilk kitab 7 və sonrakı iki kitab 9 dildə, 50 nüsxə tirajla çap edilib, 2000-ci ildə isə Leypsiqdə 2,0×2,9 mm ölçüdə  mikro “Əlifba” (Alman əlifba) çap edilmişdir.

Rusiyada XIX əsrin sonlarında çap edilən “Xırda Kitabxana” seriyasından olan mini kitabların mövzusu rəngarəngdir.

A.S.Puşkin sağlığında çap edilən “Yevgeni Onegin” (SPb., 1837) və “Kapitan qızı” (M, 1900) kitbları; M.Lermontov – 1892-1894-cü illərdə nəşr edilən – “Taman”, “Xəzinədar”, “Aşıq Qərib” (Kiyev); İ.Krılov – “Təmsillərinin illüstrasiyalrla tam külliyyatı” (Xarkov, 1894) kitabları; “Sen-Miloss yetimi” (M,1848) rus və fransız dillərində olan kitabı ilə təmsil olunur. “Levşa” (Omsk, Rusiya) nəşriyyatının 4 cildli 8×9 mm formatlı “Yevgeni Onegin” nəşri xüsusi orijinallığı ilə seçilir.

1815-ci ildə Londonda yüksək poliqrafiya səviyyəsində “İngiltərə tarixi illüstrasiyalarla”; Parisdə 1850-ci ildə Lafontenin “Təmsilləri”, 1907-ci ildə Leypsiqdə  U.Şekspirin “Hamlet”i çap edilmişir; 1964-cü ildə Hollandiyada “C.F.Kennedinin Andiçmə mərasimindəki çıxışı” və Massaçusets ştatında “Ser Uinston Çerçil – ABŞ-nın fəxri vətəndaşı” nəşr olundu.

1985-ci ildə Moskvanın “Kniqa” nəşriyyatı kitab həvəskarlarını  5 dildə – rus, ingilis, alman, fransız və italyan dillərində, 5×9 mm formatlı “A.Puşkinin və M.Qorkinin Kitab haqqında söylədikləri” kitabları böyüdücü və həmin kitabın 29×43 mm ölçüsündə analoqu ilə birgə qablaşdırmada heyrətləndirdi.

15x18mm ölçüdə A.Çexovun “Buqələmun” və 22×30 mm ölçüdə F.Dostoyevskinin “Ölü evdən məktublar”ı – hər biri iki dildə – rus və ingilis dillərində, müəlliflərin rəssam A.Konenkov (Rusiya, Omsk şəhəri) tərəfindən çəkilmiş rəngli portretləri olan kitablar Bütün yuxarıda sadalananlar və digər miniatürlər 2-ci vitrində nümayiş etdirilir.

Vitrin 3 → Dini mini kitablar
Ana səhifə

Quranlar, İncillər, Buddizm, Tövrat, “Atamız”, “On əmr” – mikro və mini ölçülü dini kitablar 3 saylı vitrində nümayiş  etdirilir. Özünə  diqqəti XVII  əsrin  Qurani-Kərimi, 1887-ci ildə  Nyu-Yorkda  çex  dilində çap edilən katolik Dualar, 4 cildlik İncil (1907, Moskva), 1915-ci il Londonda rəngli illüstrasiyalarla nəşr edilən “Yeni Əhd” kimi kitablar da cəlb edir. Həmçinin dəri cilddə, gümüş qablaşdırmada (25x35mm)olan “Müqəddəs Fransisk və müqəddəs Annanın yazışmaları”nın faksimil nəşri də diqqət cəlb edir, əsli latın dilində XVI əsrdə yazılmışdır, o Vatikan kitabxanasının ən xırda kitabıdır.

Mərkəzdən solda – 4-22 saylı vitrinlər

Vitrin 4-5 → Puşkiniana mini kitablarda
Ana səhifəAna səhifə

Muzey ziyarətçilərinin xüsusi diqqətini dahi Aleksandr Sergeyeviç Puşkinin əsərlərinin miniatür nəşrlərinə cəlb etmək istəyirik. Puşkiniana keçmiş SSRİ, yaxın və uzaq xarici ölkələrdə nəşr edilmiş 350 miniatürlə təmsil edilmişdir (4-5 saylı  vitrinlər). Bu Sankt-Peterburqda 12×18 mm, Omskda 16x20mm və 22×30 mm  ölçüdə çap edilmiş və rəssam E.Nasibulin tərəfindən illüstrasiya edilən miniatürlardır.  Poliqrafiya nəzər nöqtəsindən A.S.Puşkinin  1972-ci ildə Moskvanın “Bədii ədəbiyyat” nəşriyyatı tərəfindən çap edilən, dəri üzlükdə olan “Şerlər”i; Moskvada N.Bernova nəşriyyatı tərəfindən çap edilən Puşkiniananın 24 və 14 cildlikləri;  Dubnada  V.Markov  tərəfindən çap edilən böyük şairin rus və ingilis dillərindəki 2, 3 və 5 cildlik əsərləri xüsusi diqqət cəlb edir.

A.S.Puşkinin anadan olmasının 200 illiyinə Moskva  və Sankt-Peterburq, Omsk, Tomsk və Perm, Kalininqrad və Yekaterinburq nəşriyyatları tərəfindən bədii tərtibatına görə olduqca mükəmməl nəşrlər – şairinin portreti ilə Palex ustalarının işi olan “Qaratoxmaqlı qadın” (“Pikovaya dama”), tozağacı cildliyində və surquç möhürdə Puşkinin portreti ilə “Oneginin Tatyanaya məktubu və Tatyananın Oneginə məktubu”, “Nağıllar”, “Mis atlı”, “Avtoportretlər” və s. kimi miniatür kitablar buraxıldı. Yekaterinburqda nəşr edilən “Yevgeni Onegin” mini kitabının tərtibatında Mixaylovskoyedəki xatirə parkından olan güllərdən, otlardan və ağacdan istifadə olunmuşdur.

Vitrin 6 → Rus və sovet ədəbiyyat klassikası mini kitablarda
Ana səhifə

6 saylı vitrində rus və sovet klassikası – L.Tolstoyun və A.Çexovun 8 cildlikləri, F.Dostoyevskinin 3 cildliyi, N.Qoqolun və A.Tolstoyun 2 cildliyi, İ.Turgenevin və A.Kuprinin povest və hekayələri, M.Bulqakovun “Usta və Marqarita”sı, A.Qriboyedovun “Ağıldan bəla”, M.Prişvinin “İlin fəsilləri” və sovet, rus klassikləri və bizim müasirlərin bir çox əsərləri yerləşdirilmişdir. Bundan əlavə, burada Əlişir Nəvainin “Fərhad və Şirin” poeması, Ömər Xəyyamın  “Rübailəri” və digər heç də az maraqlı olmayan miniatürlərdə təqdim edilmişdir.

Vitrin 7 → İnqilaba qədərki Rusiya, Moskva, SSRİ və RSFSR Konstitusiyası, SSRİ himni mini kitablarda
Ana səhifə

7 saylı vitrində inqilaba qədər Rusiyanın tarixini əks etdirən və Romanovlar imperator sülaləsi, çar nazirləri və s. haqqında bəhs edən kitablar nümayiş etdirilir. V.Qilyarovskinin Moskva haqqında 5 cildlik hekayələri, “Moskvanın fəxri vətəndaşları”, SSRİ-nın, sovet müttəfiq respublikalarının və Rusiya Federasiyasının  Konstitusiyası və Himni  də cəlbedicidir.

Vitrin 8 → Rus poeziyasının gümüş əsri, S.Yesenin, V.Vısotski və B.Okudjava mini kitablarda
Ana səhifə

8-ci vitrində  rus poeziyasının gümüş əsri A.Axmatova, N.Qumilyov, A.Blok, O.Mandelştam, M.Svetayeva, İ.Severyanin K.Balmont və digərlərinin nəfis tərtibatdan olan şerləri ilə təmsil edilmişdir; elə buradaca S.Yesenin, B.Pasternak, V.Vısotski və B.Okudjavanın şerləri ilə olan mini kitablar yerləşdirilib.

Vitrin 9 → Leninqrad, Sankt-Peterburq və Kalininqradda nəşr edilən mini kitablar
Ana səhifə

9-cu vitrində keçmiş və hazırkı əsrin miniatür nəşrləri təqdim olunur – Leninqrad, Sankt-Peterburq və Kalininqradı İ.Brodski və A.Belıy, A.Blok və F.Dostoyevski, İ.Babel və Y.Baratınski, E.Qollerbaxın “Muzalar şəhəri”, “300 il” hədiyyə nəşri, 1791-ci ilin dəri üzlükdə faksmil nəşri olan “Maraqlanan rəssam”, D.Xarmsın “Üç əsrlik müdrüklük”, “Kalevala”, “Kəhraba nağılı”, Palindromon” və s. təmsil edir.

Vitrin 10-11 → Dünya klassikası keçmiş sovet respublikaları və Rusiyada nəşr edilən mini kitablarda
Ana səhifəAna səhifə

10-11-ci vitrinlərdə xarici klassiklər – Dante, Leonardo da Vinçinin əsərləri, Mikkelanjelo, U.Şekspirin şerləri, Jül Vernin “Hava şarında 24 dəqiqə”si, Edqar Ponun “Qarğa”sı, F.Viyon, İ.Höte, H.Heyne, İ.Şiller, R.Berns, C.London, Q.Flober, P.Beranje, A.Kristi, Gi de Mopassan, Antuan de Sent-Ekzüperi, Onore de Balzakın əsərləri, 24 cildlik illüstrasiyalı “Min bir gecə” və dünya ədəbiyyatının, eləcə də ABŞ, İngiltərə, İtaliya, İspaniya, Çin, Yaponiya və Monqolustan poeziyasının digər görkəmli klassiklərinin əsərləri nümayiş etdirilir.

Vitrin 12 → Sverdlovsk, Qərbi, Şərqi Sibir və Uzaq Şərqdə nəşr edilən mini kitablar
Ana səhifə

12-ci vitrində diqqəti Uralda, Sibirdə və Uşaq Şərqdə nəşr edilən mini kitablar cəlb edir. P.Bajovun “Nağıllar”ı və “Malaxit mücrü”sü, “Yekaterinburq sifətlərdə”, 4 cilddən ibarət “Maqnitka”, 3 cildlik “Çelyabinsk-250”, A.Kuprinin “Sulamif” povesti və A.Fadeyevin “Darmadağın”ı, dekabrist-şairlərin “Yüksək düşüncələrin qaynar cəsarəti” şerlər kitabı və s. yüksək poliqrafiya keyfiyyəti ilə işlənmişdir.

Vitrin 13 → Perm,Rusiyada nəşr edilən mini kitablar
Ana səhifə

13 saylı vitrində Permdə nəşr edilən miniatür kitablar nümayiş etdirilir, onların arasında Kozma Prutkovun “İbarələri” – 47×55 mm ölçüdə, böyüdücü ilə  tam əlyazmadan ibarət kitabı, V.Mayakovskinin 3 cildliyi, V.Kamenskinin “Yaşamaq gözəldir” şeri, “Donmuş an. XVIII-XIX əsrlər Qərbi Avropa çini plastika”, M.Prişvinin “İlin fəsilləri” 4 cildliyi, A.Suvorovun “Qalib gəlmək elmi”, Y.Druninanın “Bəyaz gecələr”i, T.Zumankulovanın “Əziz ad” və s. nəşrləri vardır.

Vitrin 14 → Moskva, İ.D.Sıtin adına Fond tərəfindən nəşr edilən mini kitablar
Ana səhifə

14-cü vitrində “Moskva nəşriyatı “İ.D.Sıtin adına Fond”un miniatürləri toplanmışdır. Bunlar “Rusiyanın dahi sərkərdələri” seriyasından olan illüstrasiyalı yüksək bədii tərtibatlı nəşrlərdir – A.Suvorov, M.Kutuzov, G.Jukov; Böyük Yekaterinanın “Nəvələr üçün öyüdlər”; “Məlumatlandırıcı oxu kitabxanası” seriyasından  – “Həyat, sən nə üçün verilmisən?”, “Salamlar olsun, gənc naməlum nəsil”, “Natiqlər…”; “Əfsanə və rəvayətlər rənglərdə” mini kitablar seriyası və s.

Vitrin 15 → Arxangelsk, Omsk, Tomskda və “Poliqrafiya” jurnalın da nəşr edilən mini kitablar
Ana səhifə

15-ci vitrində Arxangelsk, Omsk, Tomsk nəşriyyatlarının və “Poliqrafiya” (M.) jurnalının mini kitabları təqdim edilmişdir: M.Zoşenkonun 10 cildliyi, A.Çexovun “Saxalin adası” 3 cildliyi, Saltıkov-Şedrinin “Nağılları”, M.Bulqakovun “İblisnamə”si, İ.Bunin və A.Kuprinin hekayələri, M.Lermontovun, F.Tütçevin, M.Svetayevanın, A.Vertinskinin, Y.Baratınskinin, V.Xlebnikovun, K.Balmontun, A.Blokun, V.Brüsovun, İ.Annenskinin və s. şerləri.

Vitrin 16 → Rus, sovet klassikası Moskva, “Bədii ədəbiyyat” nəşriyyatının mini kitablarında
Ana səhifə

16-cı vitrində sərgilənən miniatürlərin arasında xüsusi olaraq Moskvanın “Bədii ədəbiyyat” nəşriyyatının kitablarını qeyd etmək lazımdır. Keçmiş yüzilliyin 70-ci illərində yüksək poliqrafiya səviyyəsində A.Puşkin, M.Lermontov, F.Tütçev, A.Fet, İ.İsakovski, M.Şoloxov, A.Tvardovski, M.F.Axundov, M.Cəlil, R.Həmzətov, M.Ş.Vazeh, K.Simonov, B.Lavrenev və digər rus və sovet yazıçılarının, şairlərinin əsərləri çap edilmişdir. 

Vitrin 17 → İncəsənət mini kitablarda: kino, rəssamlıq, kitab qrafikası və ekslibris
Ana səhifə

İncəsənət – kino, rəssamlıq, kitab qrafikası, ekslibris ürə miniatür kitablar 17-ci vitrində təqdim edilmişdir. Bu Vaynerlər qardaşlarının, aktyorlar – Merilin Monro, Bryus Uillis, L.Fedoseyeva-Şukşina, A.Belyavskinin, S.Sadalskinin, rəssamlar – N.Rerixin, A.Şilovun, İ.Qlazunovun, K.Bryullovun, Anri Matissanın, Salvador  Dalinin  yaradıcılıq bioqrafiyaları; “Dünya muzeyləri inciləri” seriyasından “Luvr”; U.Batlerin “Şerlok Holms ekslibrisdə”, V.Bakumenkonun “Puşkin obrazı ekslibrisdə”, Y.Beylinsonun  – Riqa, Vilnüs, Tallin, Moskva, Leninqrad ekslibrislərdə; Kosmik və İdman ekslibrisləri; Y.Kostyukun və A.Sazonovun “A.Konenkonun mikroekslibrisləri”, belçikalı rəssam O.İ.van Dammın “Kitab işarələri”dir.

Vitrin 18 → Rostov, Stavropol və Krasnodar diyarlarında, Dağıstan, Karaçay-Çərkəz, Adıheydə nəşr edilən mini kitablar
Ana səhifə

Rostov, Krasnodar və Stavropol diyarları, Dağıstan, Karaçay-Çərkəz, Adıgey kitab nəşriyyatlarının miniatür kitabları; N.Nekrasovun 3 cildliyi, M.Şoloxovun “Balaca sırtıq”, “Xal” və “İnsanın  taleyi” povest  və  hekayələri, S.Stalskinin,  G.Sadasın  və X.Andruxayevin şerləri, K.Xetaqurovun “Osetin lira”sı, “Lirika”sı, M.Lermontovun  “Seçilmiş serlər”i,  A.Tolstoyun “Hacı Murad”ı, Fazu Əliyevanın “İbratəmiz hekayələr”i, “Medalyonlar. Xarici şairlərin sonetləri” və s.  18 saylı vitrində nümayiş etdirilir.

Vitrin 19 → Tatarstan və Başqordostan Yuxarı, Orta və Aşağı Volqaboyunda nəşr edilən kitablar
Ana səhifə

19-cu vitrində Tatarstan, Başkortostan, Yuxarı, Orta və Aşağı Volqaboyu nəşriyyatlarından olan mini kitablardır. Burada geniş şəkildə Mustay Kərim, Rəsul Həmzətov, H.Tukay, H.Tufan, M.Qafuri, H.Taktaş, S.Yulayev, R.Taqorun əsərləri, Musa Cəlilin “Moabit gündəliyi”, 2 cildli “Şairlər Tuvanı vəsf edirlər”, “Tula samovarı” və “Tula kökəsi” haqqında hekayələr, “Kazan-1000” və s. təmsil olunmuşdur.

Vitrin 20 → Ukraynada nəşr edilən kitablar
Ana səhifə

20-ci vitrində Ukraynada  nəşr edilmiş miniatür kitablar təmsil edilmişdir – T.Şevçenkonun “Kobzar”, “Qaydamaklar”, “Düşüncələr, mənim düşüncələrim”, Lesya Ukrainkanın “Səslən mənim mahnım”, İ.Frankonun “Lirika”sı, B.Oleynik, P.Tıçina, V.Sosyura və digərləri.

Vitrin 21 → Moldovada nəşr edilən mini kitablar. Muzeyin təsisçisi və yaradıcısı Z.Salahovaya imzalar və ithaflarla olan mini kitablar
Ana səhifə

21-ci vitrində kolleksiyaçı və bu unikal muzeyin yaradıcısı Zərifə Teymurovna Salahovaya görkəmli siyasətçilər, ədəbiyyat, elm və incəsənət xadimlərinin imzaları ilə imzalanan və onlar haqqında olan mini kitablar, eləcə də Moldovada nəşr edilən miniatür kitablar – “Qədim moldav mahnıları”, V.Aleksandrinin “Manole ustası”, Moldova şairlərinin şerləri ilə olan miniatür kitablar seriyası nümayiş etdirilir.

Vitrin 22 → SSRİ, Rusiya və İspaniyada uşaqlar üçün nəşr edilən nadir mini kitablar
Ana səhifə

22-ci vitrində Rusiyada keçmiş əsrin 40-cı və 90-cı illərində  nəşr edilmiş uşaq miniatür kitabları, eləcə də XIX əsrin ortalarında Madriddə nəşr edilən nadir mini kitablar yerləşdirilmişdir.

 

Zalın  mərkəzinin  sağ  qanadında  23-38-ci vitrinlərdə yaxın və uzaq xaricdə nəşr edilən miniatürlər nümayiş etdirilir.

Mərkəzdən sağda – 23-39 saylı vitrinlər

Vitrin 23 → Belorusda nəşr edilən mini kitablar
Ana səhifə

Zalın  mərkəzinin  sağ  qanadında  23-38-ci vitrinlərdə yaxın və uzaq xaricdə nəşr edilən miniatürlər nümayiş etdirilir.

Belə ki, 23-cü vitrində belorusiyalı yazıçılar və şairlərin əsərləri təqdim edilir: Y.Kupalandan “Jaleyka”, Y.Kolas, V.Bıkov, P.Brovka, M.Boqdanoviç, Z.Prıqodziç və digərləri, həmçinin Francisco Skorina irsinin incisi olan “Yudif  Kitabı”.

Vitrin 24 → Litva, Latviya, Estoniya və Polşada nəşr edilən mini kitablar
Ana səhifə

Pribaltika  respublikaları – Litva,  Latviya,  Estoniya  və  Polşada nəşr edilən miniatür kitablar  24-cü vitrindədir: E.Mejelaytis “İnsan”, “Latış daynaları”, Y.Raynis “Şerlər”, V.Latsis  “Dörd səfər”,  P.Rummo  “Yaak  və  baba”,  Y.Smuul  “On şer”, Apuley “Məhəbbət və Psixeya”, A.Blok “On iki”, O.Vilde “Salomeya”, F.Q.Lorka “Sonetlər”, N.Makiavelli “Madriqallar və ya həyat verən içki”, F.Petrarka “Sonetlər”, M.Tven “İbratəmiz ifadələr”, Y.Tuvim “Şerlər” və bir çox başqaları.

Vitrin 25 → Gürcüstanda nəşr edilən mini kitablar
Ana səhifə

25-ci vitrində  Gürcüstan Respublikasının Konstitusiyası, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması, İlya Çavçavadze, Nodar Dumbadze, Dmitri Qulia, Qalaktion Tabidze, İrakli Abaşidze, Cansuqa Çarkviani, Akakiy Sereteli, Nodar Xundadze və digərlərinin əsərləri miniatür ölçüdə təqdim olunmuşdur.

Vitrin 26 → Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkiyə və İranda nəşr edilən mini kitablar
Ana səhifə

Orta Asiya respublikaları – Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstan, Türkiyə və İranın  miniatür nəşrləri  26 saylı vitrində nümayiş olunur: M.Auezov, Furkat, Ayni, Mukiminin poemaları,  Abayın  “Nəsihət  sözləri”, Ş.Rəşidovun “Kəşmir mahnısı”, Z.Baburun “Rübailəri”, özbək şairəsi Zülfiyyənin şerləri, Çingiz Aytmatovun “Qırmızı alma” və “Əsgərcik” hekayələri, 19×29 mm ölçülü S.Seyfulinin “Seçilmiş lirikası”, Maxtumkulu,  Alim canın şerləri, A.Kaxxorinin “Canlı qurban”ı və s. Həmçinin burada Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün 3 cildlik çıxışları təqdim edilir.

Vitrin 27-28 → Azərbaycan, ABŞ, İspaniya, Yuqoslaviya, Vyetnam, Almaniya, İtaliya və digər ölkələrdə nəşr edilən miniatür kitablarda uşaq ədəbiyyat
Ana səhifəAna səhifə

Uşaqlr üçün miniatür kitablar geniş şəkildə 27-28-ci vitrinlərdə təqdim edilmişdir. Korney Çukovski və Aqniya Barto, V.Mayakovskinin  rəngli  illüstrasiyalarla  tərtib  edilmiş  şerləri, 7 cildlik Qrimm qardaşlarının nağılları rus və ingilis dillərin­də 23×32 mm ölçüdə, rus və alman dillərində “Qırmızı papaq” nağılı. Rus və ingilis dillərində – yumurta formasında olan “Çilli toyuq”, nəqliyyat vasitələri, oyuncaqlar,  müxtəlif  heyvanlar və əşyaların kitabcıqları muzeyin yeni­yetmə ziyarətçilərində həqiqi heyranlıq yaradır. Burada həmçinin “Kiçik qızıl kitabcıq” (ABŞ) və alman “Pixi” seriyasına aid olan miniatür kitablar, Kuba (11), Yunanıstan (12), Çexiya (8), Venesuela, Yuqoslaviya, Rusiya və Vyetnam, Bolqarıstan, Italiya və Ispaniyanın uşaqlar üçün nəşrləri, eləcə də Bakıda nəşr edilən uşaq nağıl seriyaları: “Qırmızı papaq”, “Teremok”, “Turp”, Sabirin iki şeri, üç azərbaycan nağılı (7 mini  kitabcıq) və Jose Martinin “Çəhrayı  çəkmə” miniatür kitabçası göz oxşayır.

Vitrin 29 → İdman və olimpiya hərəkatı mini kitablarda
Ana səhifə

İdman  və olimpiya  hərəkatı    29-cu vitrində Moskva “Bədən tərbiyəsi və idman” nəşriyyatında çap edilən Pyer Kubertenin “İdmana ithaf”, 8 cilddə “1952-1980-ci illər Olimpiya oyunları”, Andrusko Karoli, Yuqoslaviya “Olimpiada- 1984”;  Bakıda nəşr edilən – “Sidney-2000”,  2  cildli  “Afina-2004” və “Pekin-2008”, “London-2012”, “Rio-2016”, IV İslam Həmrəylik oyunları (Bakı-2017), azərbaycan, rus və ingilis dillərində Azərbaycan MOK 10 və 20 illər;  A.Karpov, V.Smıslov, H.Kasparovun şahmat partiyaları; Paul Keresin rus və ingilis dillərində 2 kitabında “İnter pares”, Tallin, Estoniya, 7 dildə, 15×20 mm ölçüdə “Olimpiya andı”, Dubna, Rusiya və s. mini katabları ilə təmsil olunmuşdur.

Vitrin 30 → Qitələr, ölkələr, şəhərlər və atlaslar mini kitablarda. Tayland, İndoneziya və Koreyada nəşr edilmiş mini kitablar
Ana səhifə

Növbəti 30 saylı vitrində  bəzəkli rəngli illüstrasiyalarla olan, qitələri, ölkələri, dünya şəhərləri təqdim edən, atlas kimi mini kitab nümayiş etdirilir. Bundan əlavə, Tayland, İndoneziya və Koreya nəşrləri nümayiş edilir.

Vitrin 31 → Misir, Kolumbiya, Venesuela, Argentina, Peru, Kuba, Boliviya və Braziliyada nəşr edilən mini kitablar
Ana səhifə

Kolumbiya, Venesuela, Argentina, Peru, Kuba, Braziliya, Boli­viya və Misir miniatür kitabları   31-ci vitrində təqdim edilmişdir.

Vitrin 32 → Bolqarıstan, Yunanıstan, Norveç, İsveç, Lüksemburq, Finlyandiyada nəşr edilən mini kitablar
Ana səhifə

Bolqarıstan, Yunanıstan, Norveç, İsveç, Lüksemburq, Finlyandiya miniatür kitabları 32-ci vitrində təqdim edilmişdir.

Vitrin 33 → Fransa, İtaliya, Hollandiya, İspaniya, İsveçrə, Portuqaliya, Danimarkada nəşr edilən mini kitablar
Ana səhifə

Fransadan olan mini kitablar növbəti – 33-cü vitrində təqdim edilir. Bu 1817-ci ildə Parisdə 5 cilddə nəşr edilən “Yunanıstandan olan gənc qadın düşkününün sərgüzəştləri”, “Napoleonun ibarələri”, XIX əsrin sonu – XX əsrin əvvəlində Parisdə nəşr edilən H.Heynenin “İntermetsosu”dur. 25×32 mm ölçüsündə A.Düma, J.Vern, O.Balzak, Molyer, F.Rable, H.Heyne və digərlərinin əsərləri təqdim olunmuşdur. Elə burada İtaliya, Hollandiya, İsveçrə, İspaniya, Portuqaliya, Danimarka nəşrləri nümayiş edilir.

Vitrin 34 → Macarıstan, Çexiya, Slovakiya, Serbiya, Makedoniya, Sloveniya, Rumıniya, Monteneqro, Xorvatiyada nəşr edilən mini kitablar
Ana səhifə

34-cü vitrində də dünya klassikası təmsil edilmişdir. Bu Macarıstan, Çexiya, Slovakiya, Serbiya, Makedoniya, Sloveniya, Xorvatiya, Monteneqro, Rumıniya nəşriyyatlarının dəri üzlüklərdə olan möhtəşəm mini kitablarıdır: E.Adi “Payız Parisdə gözəldir”, Edqar Po “Qızıl böcək”, 2 cilddə M.Zalka “General”, V.Mayakovski “Qulaq asın”, “XX yüzilliyin macar rəssamlığı”, A.Dürerin “Kiçik qrafikası”, “XIX-XX əsrlər macar rəssamlarının rəngli reproduksiyaları”, Ş.Rəşidovun “Kəşmir mahnıları”, C.Bayronun “Manfred”i, M.Servantesin “Parnasa aparan yol”, A.Tolstoyun “Atlantidanın məhvi”, A.Çexovun “Qara rahib”i, U.Şekspirin “Sonetlər”i, K.Çapek, P.Neruda, Y.Qaşekin hekayələri və şerləri, “Lenin və Praqa” və s.

Vitrin 35 → Çin Xalq Respublikasında nəşr edilən mini kitabla
Ana səhifə

Muzey ziyarətçilərinin diqqətini Çin Xalq Respublikasının xırda kitabcıqlarının nümayiş etdirildiyi 35-ci vitrinə cəlb etmək istərdim. Belə olmuşdur ki, Pekində keçirilən Olimpiada-2008 zamanı  mən, tam təsadüfən Aleksandr Vladimiroviç və Gözəl xanım  İvaşenko ailə  cütlüyü ilə  tanış oldum. Bizim ünsiyyətimizin elə ilk günündə  mən  onlara  Muzeyin bukleti  ilə  olan disk hədiyyə etdim. Bu, məncə özü özlüyündə xırda bir fakt, mənim fikrimcə, onları qəhrəmanlığa sövq etdi.

Mənim Pekində olduğum 20 gün ərzində, onlar demək olar ki, hər gün mənə incəsənət baxımından nadir olan poliqrafiya, kitab çapı və kitab qrafikası miniatürləri hədiyyə edirdilər. Onların mövzusuna daxil idi: altı Çin imperatoru sülaləsinin şerləri, Konfusidən başlayaraq çin və ingilis dillərində 48 körpə-kitabda dahi Çin filosoflarının ibarələri, Szi Lin əyalətində nəşr edilən qədim çin şairlərinin 12 cildlik şerləri, dünya ədəbiyyatı klassikləri Onore de Balzak, Ernest Heminquey, Viktor Hüqo, Jan Jak Russo əsərləri, Aleksandr Sergeyeviç Puşkinin yaradıcılıqları, H.K.Andersen və Qrimm qardaşlarının rəngarəng illüstrasiyalı nağılları, eləcə də digər  çinli Kitab sənəti ustalarının heç də az gözəl olmayan nəşrləri daxil edilmişdir. Ümumilikdə bu heyrətamiz cütlük, mənim Pekində olduğum günlər ərzində mənə 272 nüsxə unikal miniatür hədiyyə etdi. Lakin hədiyyə bəxş etmə ilə baş verənlər Bakıda da davam etdi. Mənim qardaşımın yubileyinə dəvət edilən qonaqlar mənə 25×35 mm ölcüsündə, qutuda, mərmər bəzək və böyüdücü ilə olan daha 8 nadir mini kitab hədiyyə etdilər.

ÇXR-nın Bakıdakı Səfiri Çan Xayçjou da məhz belə xarakterizə etdiyi   “nadir kitab xəzinəsi”.

Vitrin 36 → Keçmiş ADR və AFR-da nəşr edilən minikitablar
Ana səhifə

36-cı vitrində müxtəlif mövzular üzrə keçmiş ADR-da Leypsiq, AFR-da Münhen miniatür nəşrləri nümayiş etdirilir ki, onlar yüksək poliqrafiya səviyyəsi ilə seçilirlər. Bu Bokaççonun 10 cildlik “Dekameron”u, Prevonun 2 cildlik “Manon Lesko”su, Uilyam Şekspirin “Romeo və Culyettası”, Ömər Xəyyamın “Rübailər”i, Pablo Nerudanın “Şerlər”i, Rixard Zorgenin “Tokiodan xəbər verirəm”i, görkəmli incəsənət və elm xadimlərinin – F.Qendel, F.Şubert, İ.S.Bax, V.A.Motsart, F.Şopen, H.Heyne, A.Şveytser və başqalarının tərcüməyi hallarıdır.

Vitrin 37 → ABŞ, İngiltərə və Kanadada nəşr edilən mini kitablar
Ana səhifə

37-ci vitrində U.Şekspirin 1841-ci ildə Nyu-Yorkda 50×73 mm ölçüdə çap edilən seçilmiş əsərlərinin tam külliyatının 40 cildindən 24 cildi, eləcə də U.Şekspirin XX əsrin əvvəllərində Londonda 33×40 mm ölçüdə çap edilən əsərlərinin 40 cildlik tam külliyyatı nümayiş olunur. Həmin vitrində dünya klassikası seriyasından 18 miniatür də təqdim edilir: O.Balzak, S.Turgenev, A.Düma, Edqar Po, M.Tven və digərləri – 1903-cü ilin nəşri, Nyu-York. Burada İngiltərə və Kanadada nəşr edilən digər mini kitablar – Robert Bernsin “Sonetlər”i, L.Tolkiyenin əsərləri və s. nümayiş etdirilir.

Vitrin 38 → Beynəlxalq kommunist hərəkatının mərhələlərini XX yüzilliyin görkəmli xadimlərinin tərcümeyi-halları və yaradıcılığını əks etdirən mini kitablar
Ana səhifə

Beynəlxalq kommunist hərəkatı V.Leninin əsərləri, İ.Stalinin məruzə və əmrləri (1933-1943-cü illər), G.Dimitrov, Mao Sze Dun, İ.B.Tito, M.Qorbaçov, T.Jivkov, Uqo Çavesin çıxışları, nitqləri, Fidel Kastro, L.Brejnev, Y.Andropovun tərcümeyi-halları, kommunist partiyalarının Proqram və Nizamnamələri ilə təmsil edilmişdir (vitrin 38).

Vitrin 39 → ABŞ rəssamları tərəfindən Muzeyə hədiyyə edilən eksklüziv miniatürlər
Ana səhifə

2 fevral 2010-cu ildə amerikalı rəssamlar, heykəltaraşlar, qrafikçiləri tərəfindən hazırlanan və Azərbaycandakı ABŞ səfirliyi vasitəsi ilə Muzeyə hədiyyə edilən nadir miniatürlərdən 47 nüsxənin təqdimetmə mərasimi keçirilmişdir.

Bu vitrində həmçinin Avstraliyadan olan Frenk Vesner tərəfindən muzeyə hədiyyə olunmuş miniatür kitabların nəşri üçün unikal taxta presslər də yerləşdirilib.

Həmin eksklüziv əsərlər 39-cu vitrində nümayiş etdirilir.

Ana səhifə

 Muzeyə gələn ziyarətçilər təəccüblənir və həmişə eyni sualı verirlər: – Nisbətən belə qısa müddət ərzində belə geniş bir kolleksiyanı yığmaq mənə necə nəsib oldu? 

Birincisi, mənim yaxın və uzaq xarici ölkələrə səfərlərim sayəsində, hansı ki, mən hər dəfə oralarda mütləq qaydada bukinist kitab mağazaları və kitab bazarlarının antikvariat bölmələrini gəzirdim – Londonda, Berlində, Münhendə, Brüsseldə, Pekində, Parisdə, Sena sahilində, Havanada, Moskvada…

İkincisi, dostlarım, kolleksiyalar yığan həmkarlarım, nəşriyyatlar mənə mini kitablar hədiyyə edirdilər. Mənim 1985-ci ildən miniatür kitablar çap etməyə və keçmiş İttifaqın digər regionları və xaricdən olan kolleksiyaçılarla mübadilə etməyə başlamağım da heç də az rol oynamadı. Beləliklə, kitabsevərlər cəmiyyətində çalışdığım 37 il ərzində mən təkcə Azərbaycanın deyil, həm də digər ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilmiş  250 mini kitab çap etdim.

Üçüncüsü, kolleksiyada respublikamızın və xarici dövlətlərin tanınmış dövlət, ictimai, ədəbiyyat və incəsənət xadimləri tərəfindən hədiyyə edilmiş bir çox kitablar var. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyeva  muzeyə  İ.Krılovun “Təmsillər” illustrasiyalı (1894 il), R.Həmzətovun “Yazılar” (1969 il), A.S.Puskinin qırmızı dəri üzlüklü, üzərində şairin qızılı rənglə həkk olunmuş portreti olan “Şerlər” (1979 il) kitabı kimi nadir kitabları hədiyyə ediblər. Çox az (1000 nüsxə) nəşrlə  çap olunan  həmin  kitab  nadir  kitablar  arasındadır.  14 avqust 2017-ci ildə Taylandın şahzadəsi muzeyə 38 miniatür kitab hədiyyə edib. Kitabların arasında  şahzadənin öz əli ilə yazılmış atası – Taylandın kralına həsr edilmiş kitab da var. Rumıniya, Serbiya, Monteneqro və Yunanıstanın səfirləri ölkələri haqda bəhs edən kitabları muzeyə bağışlamışlar. Şairə Rimma Kazakova, SSRİ xalq artisti Zinoviy Qerdt, SSRİ xalq rəssamı Orest Vereyski, tanınmış piterli bard Aleksandr Dolskiy, izvestiyaçı-jurnalist Oleq Sıqanov, mənim qardaşım – Rusiya incəsənət akademiyasının vitse-prezidenti Tahir Salahov və onun dostları, mənim kitaba sevgimi bildikləri üçün şəxsi kitabxanalarında olan, onlara nə vaxtlarsa ölkənin müxtəlif regionları və xaricdə hədiyyə edilmiş mini kitabları mənə bağışlamağı özlərinə borc bilirdilər. Bizim diplomatlar, mənim oğlum Tariyel və onun dostları daima xarici səfərlərdən mənə miniatür raritetlər gətirirlər. Mənə kitabları muzeyin ziyarətçiləri də hədiyyə edirlər. Belə ki, Venesuelalı biznesmen növbəti dəfə Bakıya gələn zaman muzeyə onun ölkəsi və Kolumbiyada nəşr edilən 29 miniatür kitabı, amerikalı Maykl Strelou isə “Kiçik qızıl kitabça” seriyasından olan 38 nüsxəni özləri ilə gətirərək muzeyə hədiyyə etmişlər. Vladimir Şumilin muzeyə gəldikdən sonra 107, Afaq Hacıyeva “Dünya ədəbiyatının şah əsərləri” seriyasından 18 və şəhərimizin sakini Mariya Müğanlinskaya 19 kitabı muzeyə hədiyyə etmişlər. Bakılı 6,5 yaşlı Aytən Əliyeva müzeyə  uşaqlar üçün ingilis dilinə nəşr edilmiş 13 kitabı müzeyə təqdim edib.

Belə bir faktı xüsusi ilə qeyd etmək istərdim: muzeyin 5 illik yubileyinə – 23 aprel 2007-ci ildə, peterburqlu bibliofillər B.V.Suxomlinov və A.Kuşnir muzeyə 30 miniatür hədiyyə etdilər ki, onlardan 14 mikrokitab Boris Valentinoviçin əl işləri, digərləri isə Sankt-Peterburq nəşriyyatlarının yenilikləridir. Tanınmış mikrominiatür ustası A.Rıkovanov mənim yubileyimlə əlaqədar olaraq Puşkinianın 12×18 mm ölçülü əl işi olan 15 cildliyini muzeyə hədiyyə etdi. 

Mənim şəxsi kolleksiyamdan olan miniatür  kitabların sərgiləri Ulan-Bator (1984), Kabil (1988), Dəkkə (1991), Hayfa (1994), Çin Xalq Respublikası (Xay-Rou – 1995, Şanxay – 2010, Pekin – 2011), Rusiya (Moskva – 1997 və 2000, Nijnevartovsk – 2018), Sidney (2000), Kiyev (2000), Maynts (2003), Ankara (2005), Paris (iyul və dekabr 1999 və 2006), Səudiyyə Ərəbistanı (2007), London (2009), Belarus (Minsk – 2009, 2013, 2015, Polotsk – 2017), Havana (2011 və 2014) və əlbəttə ki, muzeyin yaradılmasına qədər Bakıda, M.F.Axundov adına Milli kitabxanada keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar olaraq, 2013-cü ildə onun Azərbaycan xalqı və doğma respublikanın rifahı naminə müstəsna fəaliyyətini əks etdirən mini kitabların sərgisi keçirilmişdir: fevralda – Minskdə, mayda – Naxçıvanda, mart və sentyabrda – Bakıda.

Ana səhifə

Azərbaycanın paytaxtı Bakı – müxtəlif profillərdən olan muzeylərlə zəngindir. Bu XIV əsr memarlığı abidəsi – Şirvanşahlar sarayı kompleksi, Azərbaycan tarixi, tətbiqi incəsənət, Nizami adına ədəbiyyat, Azərbaycan xalçası, Azərbaycan musiqi  mədəniyyəti  muzeyləridir;  Bülbül,  Ü.Hacıbəyov,  Niyazi, Qara  Qarayev,  Səməd Vurğun, Hüseyn Cavid, M.Rostropoviçin ev muzeyləri və s. Və indi onlar arasında ən layiqli yeri  Miniatür kitab muzeyi də tutur. Muzeyə giriş pulsuzdur.

Muzeyin direktoru vəzifəsinə Zərifə Salahovanın qızı, Zərifə xanım və qardaşı Tariyel Salaxovla yanaşı müzeyin təsisçisi olan sənətşünaslıq doktoru Suad Mursakulova təyin edilib.

 

Muzeyin nəzdində maraqlı görüşlər klubu fəaliyyət göstərir, miniatür yeniliklərinin təqdim edilməsi, musiqili-ədəbi gecələrin, şagird və tələbə gənclərin, ölkəmizin tanınmış yaradıcı və elmi ziyalı xadimləri ilə görüşləri keçirilir.

Ana səhifə
Ana səhifə

Bakı Miniatür Kitab Muzeyi respublikanın müxtəlif şəhərlərinin mədəniyyət mərkəzlərində şəhər sakinlərini və qonaqlarını tanış etmək üçün miniatür kitablar ilə vitrinlər nümayiş etdirib.

Belə ki, Naxçıvanda (dekabr 2014) Heydər Əliyev Mərkəzində 14 vitrində 1172 mini kitab, Gəncədə (may 2016) – şəhər kitabxanada – 15 vitrində  1112 mini  kitab.

Bakı Kitab Mərkəzində Miniatür kitab muzeyinin vitrinində 277 mini kitab nümayiş olunur.

Ötən 17 il ərzində muzeyi 570 minə nəfər yaxın, şagird, tələbə, məktəbəqədər yaşlı uşaqlar, o cümlədən 265 min respublikaya xaricdən gələn qonaqlar və turistlər ziyarət etmişdir. Rəylər kitabında nəsr və şerlərlə 20 mindən yuxarı rəy yazılmışdır ki, burada Zərifə Salahovaya onun maraqlı, qiymətsiz, həmvətənləri və Azərbaycanın qonaqlarının tanış olması üçün təqdim etdiyi muzeyə görə səmimi təşəkkürlər bildirilir.

 

“Böyük bir hadisə – 23 aprel “Dünya kitab” günündə “Kitab evi”-nin açılışı münasibəti ilə təbrik edirəm. Nəhayət ki, sənin arzun həyata keçdi, Zərifə. Mən səninlə birlikdə xoşbəxtəm”.

S.Şuvalov,
Beynəxalq Kitabsevərlər İttifaqının icraiyyə komitəsinin sədri. Moskva
(23.04.2002)

“Hörmətli Zərifə Teymurovna!
Kolleksiyanız üçün tikdirdiyiniz Kitab Sarayına heyranam. Moskva miniatür kitab həvəskarları klubu adından, Beynəlxalq mini kitab sevərlər assosiasiyası adından Sizə kolleksiyanızın böyüməsi və yeni nadir nəşrlərin axtarışında uğurlar arzulayıram”

Yaroslav Kostyuk.
Moskva
(23.04.2002)

“Unikal və dünyada yeganə olan miniatür kitablar muzeyinin yaradılmasına görə çox sağ olun. "

Hörmətlə, S.Stepaşin.
Rusiya Hesablama palatasının Sədri, Rusiya Kitab İttifaqının sədri”.
(29.10.2002).

“Biz bu qeyri-adi muzeyin – dünya ədəbiyyatı əsərləri toplusunun ekspozisiyasına heyran qaldıq. Zərifə xanım dünyaya və insanlara belə çatmayan mənəviyyat dünyasında əsl yol yoldaşıdır”.

Moskva Hökuməti üzvləri, imzalar.
(15.11.2002)

“... hər bir azərbaycanlının borcudur ki, Zərifə xanımın şəxsi kolleksiyasından olan bu nadir kitabların nadir toplusunu dəstəkləsin və təbliğ etsin ...”

Anar,
Azərbaycan Yazıçılar İttifaqının sədri
(03.03.2003)

“Nağıllar dünyasında miflər yaranırdı, lakin ən yaxşısı Zərifə xanımın muzeyidir!”

Fərhad Bədəlbəyli,
Bakı Musiqi Akademiyasının rektoru.
(11.03.2003)

“Zərifə xanım!!!
Heyran qaldım! Heyran qaldım!
Sizin muzeyinizdə gördüklərimdən. Bu Nobel mükafatına layiq olan unikal bir topludur. "

Dərin hörmətlə, Murad Yagizarov,
AR xalq artisti
(10.11.2003)

“Aydın şəkildə dərk edirəm ki, bizim, mədəniyyət üçün heç də əlverişli olmayan bir zamanımızda, belə bir öz məzmununa görə unikal olan muzeyin meydana çıxması nəinki onun banisi, əsasını qoyan və yaradıcısı Zərifə xanımın fədakarlığıdır, həm də bir qədər də möcüzə, bəlkə də ilahi müdaxilə faktıdır. Mən burada muzeydə təkcə öz böyüklüyü və intellektual əhatəsinə görə geniş kolleksiyanı deyil, həm də yeni bədii və mədəni reallığı görürəm ki, onun qarşısında təntənəli heyrət içərisində durub qalırsan”.

Sergey Yesin, Beynəlxalq kitabsevərlər ittifaqının prezidenti. (19.11.2004)

“Bu kiçik kitablarda böyük dünyanı və geniş insan qəlbini gördüm. Dünya mədəniyyətinin nadir incilərini qoruyan, bu dünyaya hərarət verən Zərifə xanıma təşəkkür edirəm”.

Çjan Siyun,
ÇXR-nın Azərbaycandakı Səfiri
(12.03.2004).

“Hörmətli Zərifə xanım.
Bu zəhmli !!!
"Möhtəşəm kolleksiyanız, Kitaba olan sevginiz, kiçik olsa da, böyük hərf ilə bütün dünyada təqlid olunmalıdır."

Mən əbədi olaraq sizin sadiq xidmətçiniz olaraq qalıram,
V.İstratov, Rusiya səfiri.
(24.02.2006)

“Necə də maraqlı kolleksiyadır, heç bir yerdə belə bir unikal şey görməmişəm.”

Patrik Xiki,
Avropa Olimpiya komitəsinin Prezidenti, Bakı.
(07.04.2007).

“Yüksək mənəviyyat, gözəllik və harmoniya ilə işlənmiş olan inanılmaz muzey! Bəşəriyyətin əsrlər boyunca toplanmış olduğu dünya mədəniyyəti, biliklər xəzinəsinə qoşulmaq sevincinin böyük xoşbəxtliyini insana bəxş edir! Fədakarlığına, insani hərarətinə görə Zərifə xanımın qarşısında baş əyir və səmimi qəlbdən təşəkkürümü bildirirəm!

Dərin hörmətlə Beynəlxalq bədii fondun Prezidenti Viktor Karpov – Rusiya İncəsənət Akademiyasının akademiki; “Tretyakov qalereyası” jurnalının baş redaktoru. Bakı (18.08.2007).

“Məni bu unikal yerə, insanlar tərəfindən yaradılan unikal muzeyə gətirdiyinə görə taleyimə təşəkkür edirəm”.

Tatyana Narışkina.
Moskva
(31.08.2007).

“Əziz Zərifə!
Çox sağ olun – Siz ən zəngin qadınsınız. Sizə uğurlar!”.

Arnold Ryutel.
Estoniya Respublikasının Prezidenti,
2001-2006 (19.05.2009).

“Sizin sevginizə görə təşəkkürlər və unikal kolleksiyaya görə “bravo”.

Aktyor Jerar Depardye.
(12.12.2010)

“Əziz Zərifə xanım! Sizin muzeyiniz – qəlb üçün bayram, bizim mənbələrimizə qayıdış möcüzəsi və gələcəyimizin olmasına əminlikdir! Bu möcüzəli, istənilən yaşdan, peşədən və millətdən olan insanlar üçün eyni dərəcədə mühüm olan layihə üçün təşəkkürlər. Uğurlar və yeni-yeni minnətdar ziyarətçilər arzulayıram”.

K.Kosaçyov,
Rusəməkdaşlığın rəhbəri, Rusiya Prezidentinin xüsusi nümayəndəsi. (12.04.2013)

“Hörmətli Zərifə Teymurovna!
Sizin yaratdığınız xüsusi hörmətə və heyrətə layiqdir. Muzeyi ziyarət etməkdən böyük zövq aldım. Sizin kimi insanlar gözəlliyi dərk etməklə dünyanı yaxşılığa doğru aparır.”

Hörmət və ehtiramla, Dağıstan Respublikası Daxili İşlər naziri. (19.04.2014)

“Hörmətli Zərifə xanım!
İnsanlara Kitab aləmi ilə ünsiyyətdə olmaq sevincini bəxş etdiyinizə görə Sizə minnətdaram. İ.D. Sıtin haqqında xatirələri və onun kitablarını qoruyub-saxladığınız üçün sonsuz təşəkkürümü bildirirəm.”

Sıtin Arkadi Viktoroviç.
(24.04.2015)

“Əziz Zərifə xanım! Gördüyünüz möhtəşəm işə görə Sizə minnətdaram. Bunu ancaq Sizin kimi kitab, mədəniyyət və elm aləminə valeh olan, xeyirxah qadın bacara bilər. Burada Sizin insanlığa məhəbbətiniz duyulur. Allah Sizi dünyada sevgi, xeyirhaqlıq və sülh naminə Sizi qorusun.

Böyük ehtiram və məhəbbətlə Vışqorod və Çernobl mitropoliti, Müqəddəs Uspenski və Kiyev-Peçora lavrası mitropolitinin müavini Pavel.
(13.09.2016)

“10 ildən sonra mən yenidən dünyada analoqu olmayan Miniatür kitablar muzeyinin kolleksiyası ilə tanış oluram. Rusiya naşirləri adından bu muzeyin təməlini qoyan Zərifə xanım Salahovaya yenilməz gümrahlıq və can sağlığı arzulayıram. ”

Rusiya kitab nəşriyyatı assosiyasiyası-nın (RKNA) vise-prezidenti O.V. Filimonov.
(29.09.2017)

previous arrow
next arrow
Slider

Muzey haqqında mətbuatda gedən bütün dərclər, televiziya nümayişləri ilə olan disklər, fotomateriallar açılış günündən bu günə qədər geniş bir kartoteka təşkil edir.


"ZƏRİFƏ SALAHOVANIN AZƏRBAYCANDA MİNİATÜR KİTABLARININ NƏŞRİ ƏN YÜKSƏK TƏQDİRƏ LAYİQDİR." HEYDƏR ƏLİYEV