MÜəllİf MINIBOOKS

Salahova Zərifə

Salahova Zərifə

 Salahova Zərifə Teymur qızı 2 fevral 1932-ci ildə Bakıda anadan olub, M.F.Akhundov adına Azərbaycan Pedagoji İnstitutunun filologiya fakültəsini (filoloq) və 1968 ildə Moskva Poligrafiya İnstitutunu qiyabi olaraq bitirib (redaktor-nəşriyyət fakultəsi). Azərbaycanın əməkdar mədəniyyət xadimidir. 37 ildən çoxdur ki, 1990-cı ildə adı “Respublika Kitab cəmiyyəti”-nə dəyişdirilən Azərbaycan qeyri-hökumət könüllü kitabsevərlər cəmiyyətinə rəhbərlik edir.

1990-cı ildən Azərbaycan qadınlarının Bakı assosiasiyasının sədridir. AR Prezidenti yanında YUNESKO işləri üzrə Milli komissiyanın üzvüdür, Milli İctimai televiziyasına seçilib.

1992-ci ildən bəri Milli Olimpiya Komitəsi İcra orqanının üzvü, “Şöhrət” ordeni kavaleri, Milli Elmlər Akademiyasının insan haqları üzrə İnstitutunun professoru, milli “Humay” mükafatının laureatı, “Sülh səfiri”dir. Belorus ədəbiyyatının dünyada tanınması istiqamətində çoxillik fəaliyyəti, Belorus və Azərbaycan arasında humanitar əla­qələrin möhkəmlənməsinə şəxsi töhfəsi nəticəsində “Fransisk Skorina” medalı, RF XİN-nin Rusəməkdaşlığının “Dostluq və əməkdaşlıq uğrunda” fəxri nişanı ilə təltif edilib.

Rusiya şifahi ədəbiyyat akademiyası 1999-cu ilin iyununda Zərifə Salahovanı “A.S.Puşkinin 200 illiyinə həsr edilmiş Maarif Tərəfdarı” və Puşkin medalı ilə təltif edib.

 2004-cü ilin sentyabrında Beynəlxalq Kitabsevərlər İttifaqının 30 illiyi münasibəti ilə Diploma layiq görülüb və ona “Çap qabaqçılı İvan Fedotov”medalı təqdim edilib. 2004-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti qadınların və qızların idmanın inkişafında və iştirakındakı xidmətlərinə görə Z.Salahovanı IOC diplomu ilə təltif etmişdir.

2007-ci ilin martında Azərbaycan Yazıçılar İttifaqı Z.Salahovanı Rəsul Rza adına Beynəlxalq ədəbiyyat mükafatı ilə təltif edib.

RF Mədəniyyət nazirliyi 2009-cu ilin noyabrında Zərifə Salahovanı Rusiya Federasiyası mədəniyyətinin inkişafına böyük töhfəsi qarşılığında Fəxri fərmanla mükafatlandırıb;

2010-cu ilin sentyabrında MDB iştirakçı-ölkələrinin “Kitab incəsənəti” VII Beynəlxalq müsabiqəsində 2-ci dərəcəli Diploma layiq görülüb;

2011-ci ilin dekabrında Belorus İnformasiya nazirliyi Belorus kitablarının dünyada tanınması, beynəlxalq əməkdaşlığın inkişafı üzrə faydalı fəaliyyətinə verdiyi əhəmiyyətli zəhmətinə görə onu Fəxri fərmanla mükafatlandırıb.

2012-ci ilin fevralında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Zərifə Salahovanı dövlətin qadın siyasətinin həyata keçirilməsindəki  görkəmli  xidmətlərinə görə Xatirə medalı ilə təltif edib; 2012-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə Milli Olimpiya Komitəsinin 20 illiyi münasibəti ilə Fəxri Diplomla mükafatlandırılıb.

2015-ci ildə MOK-nin sertifikatına layiq görülüb – Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Zərifə Salahovaya olimpiya hərəkatının dəstəyi fəaliyyəti üçün səmimi təşəkkürünü bildirir.” 2015-ci ildə Z.Salahova miniatür kitab kolleksiyasının bir hissəsi Gines kitabına düşdüyü üçün “Guinness World Records” sertifakatını qazanır. 2015-ci ildə Z.Salahova “Qızıl Qələm” media premiyasına layıq görülürş Z.Salahova 2019-cu ildə  “Mənim Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən “Azərbaycanın qüruru” qızıl ordeni ilə mükafatlandırılmışdır və s.


"ZƏRİFƏ SALAHOVANIN AZƏRBAYCANDA MİNİATÜR KİTABLARININ NƏŞRİ ƏN YÜKSƏK TƏQDİRƏ LAYİQDİR." HEYDƏR ƏLİYEV